TERRORUN DİNİ VƏ MİLLİ MƏNSUBİYYƏTİ OLMUR
Əvvəlcə dünyada terrorun fəsadları haqqında qısa film nümayiş etdirilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror hadisələri bütün dünyanı sarsıtdı. Bəşər tarixinin ən qanlı olaylarından biri hesab edilən bu hadisələr bütövlükdə insanların terrora və terrorizmə münasibətini dəyişdi. Məlum oldu ki, terror hər hansı məqsədə çatmaq vasitəsi deyil, sadəcə insanları qorxu içərisində yaşamağa məcbur etmək və onları psixoloji gərginlikdə saxlamaq üçün antibəşəri bir metoddur.
Bildirilmişdir ki, Azərbaycan da dəfələrlə erməni terrorunun hədəfinə çevrilmiş, bunun nəticəsində yüzlərlə həmvətənimiz şəhid olmuşdur. Hazırda ölkəmiz Antiterror Koalisiyasının üzvüdür və terrorizmə qarşı mübarizədə fəal iştirak edir.
Dəyirmi masa iştirakçıları vurğulamışlar ki, terrorun dini və milli mənsubiyyəti olmur. Ona görə də bu antibəşəri aksiyanı İslam dini ilə eyniləşdirmək düzgün deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]