Tərtər rayonunun mədəniyyət müəssisələrində növbəti dezinfeksiya işləri aparılıb
Tərtər, 9 iyun, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq rayonun mədəniyyət müəssisələrində dezinfeksiya işləri davam etdirilib. Mədəniyyət evi, Tarix Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin ekspozisiya zalı, fond və inzibati otaqları dezinfeksiya olunub.