REGİONLAR
Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq
Tərtər, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tərtər şəhərində konsert proqramı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərinin mərkəzi meydanında keçirilən konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət ustalarının və rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin çıxışlarını dinləyiblər. Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşlarının, YAP rayon təşkilatının, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, gənclərin, şəhid ailələrinin, qazilərin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən konsertdə əsil bayram ab-havası yaşanıb.
Konsertin sonunda tərtərlilər gündən-günə inkişaf edən, gözəlləşən Tərtər şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər.