TƏRTƏRDƏ YENİ METODİKİ MƏRKƏZ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Tərtər şəhər 6 nömrəli orta məktəbdə metodiki mərkəz açılmışdır.
Yeni təlim metodlarını əks etdirən əyani vasitələrlə təchiz olunmuş mərkəzin rayonun ümumtəhsil məktəblərində 9 dayaq məntəqəsi yaradılmışdır.
Metodiki mərkəzin işindən regiondakı digər rayonların müəllimləri də bəhrələnə biləcəklər. Burada müəllimlər təhsilin yeni metodlarına yiyələnəcək, dərsləri genişekranlı televizorun, videomaqnitofonun köməyi ilə əyani şəkildə müşahidə edəcəklər. Bundan əlavə, elektron dərsliklərlə, disklərə köçürülmüş kurrikuluma dair sənədlərlə tanış olacaq, internetə qoşulacaq, təhsilin yeni metodlarına aid istənilən məlumatı alacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]