Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
Bakı, 12 iyun, AZƏRTAC
Estoniya paytaxtının meriyası sakinləri potensial təhlükədən qorumaq üçün ilk modul ictimai sığınacaq quraşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb. Məlumata görə, dəmir-beton konstruksiyalardan hazırlanmış sığınacaq “Citysec Industry” şirkətinin hədiyyəsidir və partlayışlardan, zərbə dalğalarından və qəlpələrdən qorunmaq üçün nəzərdə tutulub. Sığınacağın modul konstruksiyaları zəruri hallarda onu qısa zamanda sökməyə və başqa yerə köçürməyə imkan verir. Bu, pilot layihədir və onun nəticələrinə əsasən meriya sığınacaqların daha geniş şəkildə yerləşdirilməsinə qərar verəcək.
2024-cü ilin mart ayında Estoniya hökuməti yeni tikilmiş böyük binalarda məcburi sığınacaqlar quraşdırılmasına hazırlıq barədə qərar qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]