“Tesla” gələn il ABŞ-da robot-taksi servisini işə salmağı planlaşdırır
Bakı, 23 aprel, AZƏRTAC
“Tesla” kompaniyası 2020-ci ildə ABŞ-da pilotsuz taksi servisini işə salmağı planlaşdırır.
AZƏRTAC USA Today portalına istinadla xəbər verir ki, bu barədə məlumatı kompaniyanın qurucusu və rəhbəri İlon Mask açıqlayıb.
“Tesla” kompaniyasının robot-taksi layihəsinin böyük ehtimalla gələn il işə düşəcəyini bildirirəm. Bu taksilər bütün yurisdiksiyalarda fəaliyyət göstərməyəcək, çünki bütün nizamlama orqanlarının icazəsini ala bilməyəcəyik. Lakin ümidvaram ki, heç olmasa gələn il onların icazəsini ala bilərik”, - Maskın bəyanatında belə deyilir.
İlon Maskın hesablamalarına görə, pilotsuz “Tesla” taksilərinin sayı 2020-ci ildə 1 milyona çata bilər. Onları mobil proqram vasitəsi ilə sifariş vermək olar. Kompaniya rəhbəri iki ildən sonra “Tesla”nın sükan və pedalları olmayan avtomobillərin istehsalına başlayacağını qeyd edib.
Elektromobil və onlar üçün texnologiyaların hazırlanması və istehsalı ilə məşğul olan ABŞ-ın “Tesla Motors” kompaniyası 2003-cü ildən fəaliyyətə başlayıb. Kompaniyanın mənzil-qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir. Elektromobillərdən əlavə özlərinə məxsus texnologiya ilə batareya və elektrik mühərrikləri istehsal edən “Tesla Motors” onları digər avtomobil istehsalçılarına, əsasən “Toyota” və “Daimler” kompaniyalarına satır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]