“Texnikabank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 19-u saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Texnikabank" ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,03181 hektar torpaq sahəsində yerləşən 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və birmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 259,7 kvadratmetr olan qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın təkrar hərracdakı satış qiyməti 1 milyon 100 min manatdır. Əmlakın sentyabrın 21-də keçirilən ilkin hərracı baş tutmayıb. Təkrar hərrac oktyabrın 19-u saat 11:00-da keçiriləcək. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına köçürülməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]