TEYMUR RƏCƏBOV -VÜQAR HƏŞİMOV QARŞILAŞMASI “SÜLH”LƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Elista şəhərində FİDE-nin Qran-Pri turnirinin 8-ci turuna yekun vurulmuşdur.
Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni turnirin Bakı mərhələsinin qalibi olmuş Vüqar Həşimov göstərir. Onun bu tur çərçivəsində digər həmyerlimiz Teymur Rəcəbovla görüşündə 24-cü gedişdə heç-heçə qeydə alınmışdır.
Məğlubedilməzlik seriyasını davam etdirən Şəhriyar Məmmədyarov da ənənəsinə sadiq qalaraq rusiyalı qrossmeyster Ernesto İnarkiyevlə 51-ci gedişdə “sülh” bağlamışdır.
Keçmiş dünya çempionu Rüstəm Kasımcanov isə Ermənistan nümayəndəsi Vladimir Akopyanı məğlub edərək, turnirdə ilk qələbəsini qazanmışdır.
Digər qarşılaşmalar belə nəticələnmişdir: A.Qrişuk-Van Yu 1:0, İ.Çeparinov-Y.Alekseyev 1:0, E.Bakro-P.Elyanov 0,5:0,5, P.Leko-D.Yakovenko 0,5:0,5.
Turnir çərçivəsində A.Qrişuk -5,5xal, V.Həşimov -5 xal, T.Rəcəbov, D.Yakovenko -hərəyə 4,5 xal, E.Bakro, E.İnarkiyev, Ş.Məmmədyarov, İ.Çeparinov-hərəyə 4 xal,Y.Alekseyev, Van Yu, R.Kasımcanov, P.Leko, P. Elyanov -hərəyə 3,5 xal, V.Akopyan -3 xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]