TEYMUR RƏCƏBOV QRAN-PRİ TURNİRİNDƏ LİDERLİK MÖVQEYİNİ QORUMUŞDUR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Elista şəhərində keçirilən FİDE-nin Qran-Pri turnirində 4-cü tura yekun vurulmuşdur.
Bu turda Azərbaycan şahmatçısı, Qran-Pri turnirinin Bakı mərhələsinin qalibi Vüqar Həşimov Ermənistan nümayəndəsi Vladimir Aronyanla qarşılaşmış, rəqiblər 34-cü gedişdə heç-heçə etmişlər.
Teymur Rəcəbovun Şəhriyar Məmmədyarovla görüşündə də şahmatçılar 25-ci gedişdə xalları yarı bölməklə kifayətlənmişlər.
Digər oyunlar belə nəticələnmişdir: R.Kasımcanov-Y.Alekseyev 0:1, E.Bakro-P.Leko 1:0, Van-Yu-P.Elyanov 1:0, A.Qrişuk-E.İnarkiyev 0,5:0,5, İ.Çeparinov-D.Yakovenko 0,5:0,5.
Turnir cədvəlinə 3 xalla T.Rəcəbov başcılıq edir. V.Həşimov, A.Qrişuk, D.Yakovenko hərəyə 2,5 xal, V.Akopyan, Y.Alekseyev, E.Bakro, Van Yu, E.İnarkiyev, Ş.Məmmədayrov hərəyə 2 xal, P.Leko, İ.Çeparinov, P.Elyanov hərəyə 1,5 xal, R.Kasımcanov 1 xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]