Tibb Universitetində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ödənişsiz kardioloji müayinələr keçiriləcək
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün ödənişsiz kardioloji müayinə kampaniyası keçiriləcək.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kardioloji müayinələr klinikanın uşaq kardioloqu Elnur İmanov tərəfindən aparılacaq.
Tibbi aksiya iyunun 1-də saat 08:00-dan 15:00-a qədər təşkil olunacaq.
Ünvan: Bakı şəhəri, Mərdanov qardaşları, 1001-ci məhəllə, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası, 10-cu mərtəbə.