TİKİNTİNİN MAYA DƏYƏRİ ARTMIŞDIR
“MBA Konsaltinq” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, may ayında mənzillərin hər kvadratmetr yaşayış sahəsinin ilkin və təkrar mənzil bazarında orta qiyməti müvafiq olaraq 0,6 və 0,2 faiz artmışdır. Mənzillərin otaqlar üzrə orta təklif qiymətləri təxminən bərabər olmuşdur.
Qiymətlərin intensiv artımı cari ilin əvvəlindən tikintinin maya dəyərini 12,1 faiz artırmışdır. Bu artımın 8,4 faizi tikinti materiallarının, 3,7 faizi isə digər xərclərin payına düşmüşdür.
Yanvar-may aylarında tikintisi aparılan binalarda 1 otaqlı mənzillərin orta sahə göstəricisi 58,4 kvadratmetr, 2 otaqlılarınkı 92,3 kvadratmetr, 3 otaqlılarınkı 137,6 kvadratmetr, 4 otaqlılarınkı 179 kvadratmetr, 5 otaqlılarınkı isə 157,9 kvadratmetr təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]
® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
- 10.06.2026 [13:32]