“Tokio-2020”nin Olimpiya məşəllərinin sərgisi açılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında məşəl estafeti zamanı istifadə ediləcək məşəllərin sərgisi açılıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, sərgi noyabrın 2-də Tokio hökumətinin ofisində fəaliyyətə başlayıb. Noyabrın 10-dan sonra isə Tokiodan səyahətə çıxacaq məşəlin 8 ay ərzində ölkənin 62 əyalətini gəzəcəyi qeyd olunub.
Məşəl estafeti gələn il iyulun 3-də başa çatacaq.
Xatırladaq ki, Olimpiya məşəli cari ilin əvvəllərində Yunanıstanın Olimpiya kəndindən götürülərək Oyunların vaxtının dəyişdirilməsi barədə qərarın qəbulundan dörd gün əvvəl Yaponiyaya gətirilib.
Həmin vaxtdan etibarən məşəl təşkilatçı ölkədə saxlanılır.
Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]