SİYASƏT
Toni Adams: Mülki şəxslərin qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması yolverilməzdir
![](/files/galleryphoto/2016/1/1200x630/14599309544687939302_1200x630.jpg)
![](/files/galleryphoto/2016/1/1200x630/14599309545456338594_1200x630.jpg)
Bakı, 6 aprel, AZƏRTAC
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması, mülki şəxslərin qətlə yetirilməsi, yaralanması, eləcə də yaşayış məntəqələrinin dağıdılması yolverilməzdir.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu fikri britaniyalı məşhur futbolçu Toni Adams Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin düşmən tərəfindən pozulması ilə bağlı açıqlamasında bildirib.
Toni Adams ölkəmizdə yaşadığı müddətdə dəfələrlə azərbaycanlı məcburi köçkünlərlə görüşdüyünü, onların problemləri ilə yaxından tanış olduğunu qeyd edib. Məcburi köçkünlərin dərdinə şərik çıxdığını vurğulayan məşhur futbolçu onların tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirib.
“Cənab Arsenal” kimi tanınan əfsanəvi idmançı Toni Adams 22 illik karyerası müddətində 500 dəfə komanda tərkibində oyunlarda iştirak edib və İngiltərə millisi üçün 66 kubok qazanıb. O, həmçinin milli komandanın kapitanı olub.
2010-cu ildən başlayaraq o, Azərbaycanda çalışır. Əvvəlcə, “Qəbələ” Futbol Klubunun baş məşqçisi vəzifəsində, daha sonra “Qəbələ” İdman Klubunun futbol direktoru kimi fəaliyyət göstərməyə başlayıb.
O deyib: “Qəbələ” İdman Klubunun üzvləri ümid edirlər ki, Dağlıq Qarabağda sülh bərqərar olacaq. Müharibədə mülki vətəndaşlar heç vaxt hədəf olmamalıdırlar, onlar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər”.