Topaz Premyer Liqasında sentyabr və oktyabr aylarının ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Topaz Premyer Liqasında sentyabr və oktyabr aylarının ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Fairmont Baku” mehmanxanasında təşkil olunmuş tədbirdə KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən, “Bakı”nın müdafiəçisi Əfran İsmayılov sentyabrın, “Qarabağ”ın braziliyalı oyunçusu Reynaldo isə oktyabrın ən yaxşı futbolçusu kimi pul mükafatına və hədiyyəyə sahib olmuşlar.
Ötən iki ayda vurulan ən gözəl qolların müəllifləri www.pfl.az saytında keçirilən sorğunun nəticələrinə əsasən müəyyən olunmuşdur. Müvafiq olaraq sentyabr və oktyabr aylarında ən gözəl qolların müəllifləri seçilmiş “Bakı”nın müdafiəçisi Əfran İsmayılov və hücumçusu Rauf Əliyevə də pul mükafatı və hədiyyə təqdim olunmuşdur.