TOPONİMİYA KOMİSSİYASININ İCLASINDA
AZƏRTAC xəbər verir ki, Toponimiya komissiyasının mayın 12-də keçirilmiş iclasında “Cəlilabad rayonunda 1972-ci ilədək Xanagah kənd inzibati ərazi dairəsinin tərkibində mövcud olmuş “Tülkülü” kəndinin yenidən “Türkelli” kəndi adı ilə yaradılması haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Sənədlə bağlı komissiyanın sədri, AMEA-nın Coğrafiya İnstitunun direktoru, akademik Budaq Budaqov məlumat vermişdir. Komissiya üzvləri sovet dövründə adları dəyişdirilmiş bəzi rayon, kənd və qəsəbələrin köhnə adlarının yenidən bərpa olunmasını, eləcə də, bəzilərinin daha müvafiq adlarla yenidən yaradılmasını müsbət qarşılamışlar.
Layihə təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]