TOVUZ POÇT FİLİALININ KOLLEKTİVİ ALTI AYI UĞURLA BAŞA VURMUŞDUR
«Azərpoçt» Dövlət Müəssisəsinin Tovuz poçt filialından AZƏRTAC-a bildirmişlər ki, kollektiv cari ilin altı ayını uğurla başa vurmuşdur. Bu müddətdə tarif gəliri üzrə proqnoz 129,4 faiz yerinə yetirilmişdir. Yəni proqnozlaşdırılmış 58,6 min manat əvəzinə 75,8 min manat gəlir əldə edilmişdir.
Bundan əlavə, əhalidən proqnozlaşdırılmış 10 min manat əvəzinə beş dəfə artıq gəlir götürülmüşdür. Altı ay ərzində bütün poçt şöbələrində cari təmir işləri aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]