TOVUZDA ALİ MƏKTƏBLƏRƏ YÜKSƏK BALLA QƏBULOLUNMUŞ GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Görüş iştirakçıları - rayonun təhsil işçiləri və ictimaiyyət nümayəndələri əvvəlcə Heydər Əliyev meydanında ümummilli liderimizin abidəsini ziyarət etmişlər.
Rayon təhsil şöbəsinin müdiri Şamil Alıyev məlumat vermişdir ki, test imtahanlarında Tovuz məktəblərinin 301 məzunu müxtəlif ali təhsil ocaqlarının tələbəsi adını qazanmışdır. Onlardan 2 nəfəri 650-dən, 6 nəfəri 600-dən, 33 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.
Natiq tələbələri təbrik edərək, onlara təhsil uğurları arzulamışdır.
Görüşdə çıxış edənlər gənclərin təhsilinə, təhsil işçilərinə göstərilən qayğı və diqqət üçün ölkəmizin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Həmid Bağırov tələbələri təbrik etmiş, onlara yeni uğurlar arzulamışdır. O qeyd etmişdir ki, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının I mərhələsi çərçivəsində ötən il rayonda 3 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Cari dərs ilində proqramın II mərhələsində daha 3 məktəb binasının tikilməsi nəzərdə tutulmuşdur.
Gənclər diqqətə görə təşəkkür etmiş, yaxşı oxuyacaqlarına, rayonun şərəfini uca tutacaqlarına söz vermişlər.