TOVUZLU MƏKTƏBLİLƏRƏ HEYDƏR ƏLİYEV FONDUNUN HƏDİYYƏLƏRİ TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuzun Bozalqanlı kənd orta məktəbində rayonun təhsil işçiləri, ali məktəblərə qəbul olan tələbələr və təhsildə fərqlənən yuxarı sinif şagirdləri, habelə bu il birinci sinfə gedəcək uşaqlarla görüşmüşdür. Deputat rayonun sərhəd kəndlərindən bu il birinci sinfə gedəcək uşaqlara Heydər Əliyev Fondunun hədiyyələrini – məktəb ləvazimatını paylamış, ali məktəblərə ən yüksək balla qəbul olunan 10 tovuzlu tələbəyə təqaüd almaq üçün plastik kart təqdim etmişdir. Milli Məclisin deputatı Tovuzun pedoqoji ictimaiyyətinə, məktəblilərə təhsildə yeni uğurlar arzulamışdır.
Görüşdə təhsil sahəsində problemlərin həlli yolları müzakirə olunmuş, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]