TQDK respublikanın 29 şəhərində sınaq imtahanı keçirmişdir
Bakı, 7 may (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına, onlarda imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyələrinin real qiymətləndirilməsinə kömək məqsədi ilə mayın 6-da respublikanın 29 şəhərində sınaq imtahanı keçirmişdir.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Göygöl, Qazax, Şamaxı, Mingəçevir, Şəki, Qax, Oğuz, Bərdə, Ağcabədi, Göyçay, Ucar, Şirvan, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 47 binada təşkil olunmuşdur.
İmtahanın idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərmiş, imtahan prosesinin gedişi nəzarətdə saxlanmışdır. Bütün binalarda abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılmışdır.
Nəticələrin həftə ərzində komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]