TRANSSƏRHƏD ÇAYLARIN ÇİRKLƏNMƏ VƏZİYYƏTİ YOXLANILMIŞDIR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisində transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdə fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunmuşdur.
Suyun tərkibində biogen maddəllərdən ammonium, nitrat və nitrit ionları norma daxilindədir.
Ermənistan ilə transsərhəd olan Araz çayında, çayın Horadiz məntəqəsində, Bəhramtəpə və I Şahsevən məntəqələrində fenol və mis birləşmələrinin normadan dəfələrlə artıq olduğu aşkarlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]