Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Bakı, 4 noyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov “DP World” şirkətinin sədri və baş icraçı direktoru Sultan Ahmed Bin Sulayemlə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
Nazir qeyd edib ki, görüşdə sənaye zonaları və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın genişləndirilməsi və əlaqələrin inkişafı üçün potensial sahələr nəzərdən keçirilib.