TRASEKA HÖKUMƏTLƏRARASI KOMİSSİYASI MİLLİ KATİBLƏRİNİN NÖVBƏTİ GÖRÜŞÜ OKTYABRDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRASEKA) Hökumətlərarası Komissiyası milli katiblərinin növbəti görüşü cari ilin oktyabrında keçiriləcəkdir.
Bu barədə məlumat verən TRASEKA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev bildirmişdir ki, hazırda görüşün yeri və gündəliyi müəyyənləşdirilir. Milli katib qeyd etmişdir ki, görüşdə dekabrın 2-4-də Bakıda keçiriləcək TRASEKA Hökumətlərarası Komissiyası nazirlərinin yubiley konfransında müzakirəyə çıxarılacaq məsələlərin, həmçinin cari məsələlərin müzakirəsi nəzərdə tutulur.
A.Mustafayev TRASEKA İnvestisiya Fondunun yaradılması ilə bağlı məsələyə hazırda üzv dövlətlər tərəfindən baxıldığını və mövzunun razılaşdırma mərhələsində olduğunu da qeyd etmişdir.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRASEKA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılmışdır və hazırda təşkilata Avropa və Asiyanın 12 dövləti daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]