“Türk Hava Yolları” Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara başlayır
Bakı, 18 mart, AZƏRTAC
"Türk Hava Yolları" (THY) martın 31-dən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara başlayır.
THY-dan AZƏRTAC-a bildirilib ki, ilk mərhələdə martın 31-dən mayın 29-dək baş tutacaq uçuşlar həftənin bazar ertəsi, çərşənbə və bazar günlərində Antalya-Bakı reysi reallaşdırılacaq. Əks istiqamətdə olan Bakı-Antalya reysi isə həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.
İyunun 1-dən isə Antalya-Bakı-Antalya istiqamətində aviareyslər gündəlik rejimdə baş tutacaq.
Təyyarələrin uçuş saatları yerli vaxtla Antalya-Bakı (AYT BAK) 23:55-3:40, Bakı-Antalya (BAK AYT) 05:15-70:25 göstərilib.
Qeyd olunan istiqamətlərdə biletlər artıq satışa təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]