TÜRKİYƏ BİZNESMENLƏRİNİN ERMƏNİSTANA SƏFƏRİ
Avqustun 16-da Türkiyənin nüfuzlu və çoxtirajlı “Hürriyyət” qəzetində milliyyətcə erməni olan jurnalist Gila Benmayarın “İğdırlıların Yerevan səfəri” adlı analitik məqaləsi dərc edilmişdir. Məqalədə bildirilir ki, “Türkiyə-Ermənistan iqtisadi əməkdaşlıq komissiyasının sədr müavini, erməni əsilli Noyan Soyak və İğdır Sənaye və Ticarət Palatasının sədri Təyyar Oralın təşəbbüsü ilə təxminən 40 nəfər yerli türk iş adamı Ermənistana dəvət olunmuşdur. Avqustun 17-də başlayan səfər zamanı türk iş iadamları Yerevan Ticarət Palatasının sədri, Türkiyə-Ermənistan iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Armen Qazaryan ilə görüşüb gələcək işbirliyinin perspektivlərini müzakirə edəcəklər.
İğdır Sənaye və Ticarət Palatasının Naxçıvan və İrana ixracatı 240 milyon dollardır. Noyan Soyak bunun çox kiçik bir rəqəm, Ermənistan bazarının isə perspektivli olduğunu vurğulamışdır.
Məqalədə deyilir ki, Türkiyə-Ermənistan iqtisadi əməkdaşlıq komissiyası Ərzurum və Qarsda nümayəndəliklərini açmışdır.
Erməni əsilli müəllif iğdırlı iş adamlarının Ermənistana səfərini bölgə iqtisadiyyatı üçün vacib bir addım kimi dəyərləndirərək, Türkiyə-Ermənistan iqtisadi əməkdaşlıq komissiyasının bundan sonra da bir çox əhəmiyyətli tədbirlər görəcəyini bildirir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]