TÜRKİYƏ İRAQIN YENİ HÖKUMƏTİNİ DƏSTƏKLƏYƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gül İraqla qonşu ölkələrin xarici işlər nazirlərinin İranda keçiriləcək toplantısında iştirak etmək üçün Tehrana yola düşərkən, Esenboğa hava limanında jurnalistlərə müsahibəsində rəsmi Ankaranın İraqın yeni hökumətini dəstəkləyəcəyini bəyan etmişdir. O, habelə, İsraillə Fələstin arasında gərginliyin atmasını bütün dünya üçün təhlükə adlandırmış, Təl-Əvivdən bir gündə 30 fələstinlinin ölümünə səbəb olan hərbi əməliyyatların dərhal dayandırılmasını istəmişdir. Abdullah Gül beynəlxalq ictimaiyyəti də silahlı münaqişənin dayandırılması üçün daha fəal olmağa çağırmışdır.
Abdullah Gülün Tehranda İranın nüvə proqramı ilə bağlı böhranı aradan qaldırmaq məqsədi ilə Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani ilə görüşəcəyi də bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]