Türkiyə Mərkəzi Bankı AMB-də kənar qiymətləndirmə aparıb
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankında (AMB) Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının Audit departamentinin müstəqil qiymətləndirmə qrupu tərəfindən kənar qiymətləndirmə aparılıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın daxili audit fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə keçirilən qiymətləndirmə beynəlxalq daxili audit standartlarına uyğun metodologiya əsasında icra olunub.
Qiymətləndirmə nəticələrinə əsasən, Mərkəzi Bankın daxili audit fəaliyyətinin beynəlxalq daxili audit standartlarının tələblərinə tam şəkildə uyğun olduğu müəyyənləşdirilib.
Yekun nəticə olaraq üçpilləli qiymətləndirmə şkalası üzrə daxili audit funksiyası ən yüksək qiymətləndirmə dərəcəsi olan “ümumilikdə uyğundur” (Generally Conforms) səviyyəsində qiymətləndirilib.