Türkiyə parlamentinə daxil olmaq istəyən iki terrorçu həbs edilib
Ankara, 15 may, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisi (TBMM) əməkdaşını girov götürməyə cəhd edən iki terrorçu təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən həbs olunub.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, “DHKP-C” terror təşkilatı ilə əlaqəli olduqları bildirilən terrorçulardan biri qadındır. Onlar mayın 14-də günorta TBMM-in giriş qapısına gələrək millət vəkillərindən biri ilə görüşmək üçün vaxt aldıqlarını bildiriblər. Təhlükəsizlik yoxlaması zamanı onların üstündən partlayıcı düzəltmək üçün ləvazimat və kəsici alətlər aşkarlanıb. Terrorçuların parlamentdə çalışan bir əməkdaşı girov götürmək cəhdi baş tutmayıb. Faktla bağlı terrorçuluğa cəhd ittihamı ilə cinayət işi başlanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]