Türkiyə Prezidenti AES tikintisinin sürətləndirilməsi haqqında fərman imzalayıb
Bakı, 16 avqust, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisinin sürətləndirilməsi haqqında fərman imzalayıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, sənəd “Resmi qazete”də dərc olunub.
Fərmanda ölkədə elektrik enerjisinə artan tələbın ödənilməsi, ixrac olunan enerji daşıyıcılarından asılılığın azaldılması və onların şaxələndirilməsi məqsədilə AES tikintisi layihəsinin uğurla reallaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanır. Layihədə iştirak edən müvafiq təşkilatlara və idarələrə tikinti prosesinin sürətləndirilməsinə maksimum kömək və dəstək göstərmək tapşırılır.
“Akkuyu” atom elektrik stansiyasının tikintisi “Rosatom”un layihəsi üzrə aparılır. AES-in birinci enerji blokunda tikinti işlərinə 2018-ci ilin aprelində başlanılıb. Ümumi dəyəri 20 milyard dollar olan layihəyə Rusiyanın reaktor qurğularından ibarət dörd enerji bloku daxildir. AES-in birinci blokunun 2023-cü ildə işə salınması planlaşdırılır. Sonra isə hər il bir blok istifadəyə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]