Türkiyə Prezidenti ölkədə edam cəzasını bərpa etməyə hazırdır
Bakı, 19 mart, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə edam cəzasını bərpa etməyə hazır olduğunu bir daha bildirib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə lideri bu barədə fikrini Eregli şəhərində keçirilən mitinqdə səsləndirib.
“Biz səhvə yol verdik, ölüm cəzasını ləğv etdik. Məncə, səhv etmişik. Niyə? 15 iyun gecəsi 51 vətəndaşımızı, əsgərimi, polisimi şəhid edənləri həbsxanada bəsləmək belə mənə ağır gəlir. Həmişə demişəm, yenə deyirəm, əgər bizim parlamentimiz bununla bağlı belə bir qərar verərsə, mən onu təsdiqləyərəm”, - deyə Ərdoğan vurğulayıb.
Dövlət başçısı Yeni Zelandiyada baş verən terror aktına da münasibət bildirərək deyib: “Əgər Yeni Zelandiya hökuməti lazım olan tədbirləri görməzsə, bunu biz edəcəyik. Yeni Zelandiya hakimiyyəti ilə bunu sürəkli müzakirə edirəm. Terrorçu ən sərt cəzanı almalıdır”.
Türkiyə prezidenti hələ 2018-ci ilin avqustunda ölkədə ölüm hökmünün bərpasına hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, ölkəsi “mövzuya çox həssaslıqla yanaşır” və əgər müvafiq qanun parlament tərəfindən təsdiqlənsə, o, qanunu ratifikasiya edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]