Türkiyə Prezidenti Qətərə gedir
Bakı, 4 dekabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 4-də Qətərə iki günlük səfər edəcək.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezident Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək. Həm iki ölkə arasındakı əlaqələr, həm də regional hadisələr müzakirə olunacaq.
Səfəri zamanı hər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün bəzi əməkdaşlıq müqavilələri imzalanacaq.
Rəcəb Tayyib Ərdoğan Qəzzada humanitar sülhün bərpası və döyüşlərin dayandırılmasında vasitəçilik rolunu oynamış Qətər əmiri ilə daimi atəşkəsin əldə olunmasını da müzakirə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]