Türkiyə rəsmiləri qardaş dəstəyinə görə Azərbaycana təşəkkür ediblər VİDEO
Muğla, 11 avqust, AZƏRTAC
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarə, helikopter, xüsusi texnika və avadanlıqlarının, eləcə də peşəkar və təcrübəli canlı qüvvəsinin iştirakı ilə Türkiyədə meşə yanğınlarına qarşı aparılan çoxistiqamətli mübarizə uğurlu nəticələr verməkdədir. Rəsmi mənbələrə görə, yanğınların demək olar nəzarət altına alınıb, əsas risklər aradan qaldırılıb.
AZƏRTAC-ın yanğın bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, avqustun 10-da Muğla Yanğın Böhran Mərkəzində keçirilən müşavirədən sonra çıxış edən Türkiyə rəsmiləri ölkə ərazisində meşə yanğınları ilə bağlı son vəziyyət barədə danışıb, bu çətin günlərdə Azərbaycanın sərgilədiyi qardaşlıq münasibətinə, göstərilən böyük dəstəyə görə dövlətimizə və xalqımıza sonsuz təşəkkürlərini bildirib, qəhrəman yanğınsöndürənlərimizin şücaətindən bəhs ediblər.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Muğla valisi Orhan Tavlı, Türkiyə Böyük Millət Məclisinin üzvləri Mehmet Tavuz Dəmir və Yelda Erol Gökhan göstərilən qardaş dəstəyinə görə Azərbaycana minnətdarlıqlarını çatdırıblar.
Sonra general-leytenant Etibar Mirzəyev Azərbaycan ynaınsöndürənlərinin fədakarlıqdan danışaraq, qardaşlıq dəstəyinin sonadək davam etdiriləcəyini bildirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla