Türkiyə Respublikası Milli Müdafiə Universitetinin nümayəndələri Tarix Muzeyində olublar
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nümayəndə heyəti və Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, qonaqlar H.Z.Tağıyevin ev-muzeyi və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ilə tanış olublar.
Professor Erhan Afyoncu muzeyin rəy kitabına ürək sözlərini və vaxtilə çətin zamanda Türkiyəyə yardım əlini uzatmış xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyini ziyarət etməkdən böyük şərəf duyduqlarını yazıb.
Sonda qonaqlara muzeyin nəşrləri hədiyyə olunub.