Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina əleyhinə qrupla bağlı Memorandum imzalayıblar
Bakı, 11 yanvar, AZƏRTAC
Türkiyə, Rumıniya və Bolqarıstanın müdafiə nazirlikləri Qara dənizdə mina əleyhinə hərbi-dəniz qrupunun yaradılması haqqında Memorandum imzalayıblar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Ukraynadakı hərbi əməliyyatlar Qara dənizdə təhlükəsizlik üçün mənfi şərait yaradıb, mina təhlükəsinə səbəb olub. Biz ötən yay müdafiə üçün tədbirlər görmək - üç ölkədən ibarət birgə qrup yaratmaq qərarına gəlmişik. Qərar qəbul olunub və indi o, artıq imzalanmış şəkildə qarşınızdadır. Komitə yaradılacaq, orada səs çoxluğu ilə bu prosesdə iştirakla bağlı məsələ həll olunacaq”, - deyə Türkiyənin müdafiə naziri Yaşar Gülər sənədin imzalanması mərasimində vurğulayıb.
Onun sözlərinə görə, Qara dənizin üzən minalardan təmizlənməsində yalnız memorandumu imzalayan ölkələrin Hərbi Dəniz Qüvvələri iştirak edəcək.
“Bu təşəbbüs yalnız həmin üç Qara dəniz ölkəsinin gəmilərinin iştirakı üçün açıq olacaq. Biz qeyri-Qara dəniz ölkələrinin və müttəfiqlərimizin bu işə mümkün töhfəsini qiymətləndiririk. Onların bu işə köməyi uyğun şərtlərin mövcud olduğu təqdirdə daha sonra müəyyən edilə bilər”, - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
- 09.10.2026 [07:49]
“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər
- 09.10.2026 [06:44]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]