Türkiyə və Rusiya hərbçiləri Suriyada növbəti patrul xidməti aparıb
Bakı, 1 may, AZƏRTAC
Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-şərqində yerləşən Haseke əyalətinin Qamışlı şəhəri rayonunda ilk dəfə olaraq ən uzun məsafədə - 100 kilometrlik marşrut üzrə patrul xidməti aparıblar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin polkovniki Andrey Titovun sözlərinə görə, patrul xidməti insidentsiz başa çatıb.
“Bu gün Şeyrek keçidindən başlayan növbəti Türkiyə-Rusiya patrulu başa çatıb. Patrul xidməti marşrutunun uzadılması daha çox yaşayış məntəqəsinin əhatə olunmasına şərait yaradıb. Xidmət ştat rejimində keçirilib, şəxsi heyət və texnika qarşıya qoyulan məsələlərin öhdəsindən gəlib”, - deyə Andrey Titov bildirib.
Birgə patrul zamanı əldə edilmiş razılaşma əsasında kürd silahlılarının çıxarılmalı olduğu 10 yaşayış məntəqəsində vəziyyətin monitorinqi aparılıb.
Patrul xidmətində hər iki tərəfin 60-dan çox hərbçisi və 10-dan çox texnikası iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]