Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə dair qadağalar elan olunub
Ankara, 10 yanvar, AZƏRTAC
Türkiyənin Ali Seçki Komissiyası martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə səsvermə günü nəzərdə tutulan qadağaları açıqlayıb.
AZƏRTAC xəbər verir ki, səsvermə başlayandan Ankara vaxtı ilə saat 18.00-dək Türkiyənin bütün ərazisində spirtli içki satışı qadağandır. Bundan başqa seçki günü toylar saat 18.00-dan sonra başlaya bilər. Eyni zamanda, həmin gün təbliğat-təşviqat kampaniyası aparıla bilməz. KİV-lər səsvermənin nəticələri rəsmən elan olunana qədər ancaq seçki prosesinə dair informasiyalar yaya bilərlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]