Türkiyədə koronavirusdan bir gündə 44 nəfər dünyasını dəyişib
Ankara, 17 may, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma davam etməkdədir.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 17-də ölkə üzrə 35 min 369 nəfər testdən keçirilib. Onlardan 1368 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1825 nəfər sağalıb, 44 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 109 min 962, ölənlərin sayı isə 4 min 140 nəfərə çatıb. Bu vaxtadək ölkə üzrə 1 milyon 624 min 994 nəfər yoxlamadan keçirilib. Onlardan 149 min 435 nəfərdə infeksiya aşkarlanıb.
Qeyd edək ki, Türkiyədə mayın 16-da yerli vaxtla saat 00.00-dan etibarən növbəti dörd gün müddətinə məcburi qaydada tətbiq olunan “evdə qal” məhdudiyyəti (komendant saatı) qüvvəyə minib. Səhiyyə Nazirliyi koronavirusla mübarizənin ikinci mərhələsinin başlandığını elan edib. Mayın 11-dən start verilən qadağaların yumşaldılması mərhələsi nəzarətli sosial həyat adlandırılıb. Tövsiyə edilir ki, əhali tələb olunan qaydalara əməl etsin. Buraya, kütləvi toplanmamaq, ictimai yerlərdə ara məsafəsi saxlamaq, maska taxmaq, o cümlədən zəruri təmizlik qaydalarına əməl etmək daxildir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]