Türkiyəli ekspert: Azərbaycan Orta Dəhlizin dayağıdır
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan limanları, dəmir yolu şəbəkələri və müasir gömrük infrastrukturu ilə Orta Dəhlizin dayağıdır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Türkiyədən olan logistika və nəqliyyat eksperti, “Middle Corridor Logistics” şirkətinin nümayəndəsi Hilal Ağun bildirib.
O deyib ki, ölkənin strateji baxışı tranzit proseslərinin sürətləndirilməsi və logistika xərclərinin azaldılmasına yönəlib. Bu sahəyə investisiyalar təkcə Azərbaycanın deyil, bütün Orta Dəhlizin rəqabət qabiliyyətini artırır.
Əməkdaşlıq formalarına gəlincə, ekspert vurğulayıb ki, əsas diqqət məlumat mübadiləsi, rəqəmsal izləmə sistemləri və proseslərin standartlaşdırılmasına yetirilir. Prioritet sahələr arasında limanlar və dəmir yolları arasında inteqrasiya olunmuş planlaşdırmanı, sürətləndirilmiş gömrük rəsmiləşdirilməsini və birgə investisiya layihələrini qeyd edib.
Ekspert diqqətə çatdırıb ki, gələcəkdə daha qabaqcıl logistika texnologiyalarının və yaşıl nəqliyyat sahəsində təşəbbüslərin reallaşdırılması da planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]