TÜRKİYƏNİN BAŞ NAZİRİ MOSKVADA MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əli Babacan avqustun 13-də Moskvada Rusiya Prezidenti Dmitri Medvedev ilə Gürcüstanda və Cənubi Osetiyada vəziyyətlə bağlı məsələləri müzakirə etmişlər.
Bundan əvvəl Türkiyə tərəfinin təşəbbüsü ilə iki ölkənin prezidentləri A.Gül və D.Medvedev arasında telefon danışığı olmuşdur. Kremlin mətbuat xidməti xəbər verir ki, Türkiyə Prezidenti Cənubi Osetiyada dinc vətəndaşların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı vermiş və vəziyyətin tezliklə qaydaya düşəcəyinə ümid bəslədiyini söyləmişdir. A.Gül münaqişənin həllinə dair Avropa İttifaqı ilə birgə qəbul olunan qərarları yüksək qiymətləndirmiş və bütün tərəflərin razılaşdırılmış nizamasalma prinsiplərini yerinə yetirməsinə kömək etməyə hazır olduğunu bildirmişdir. Dövlət başçıları regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətlərini ifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]