Türkiyənin hərbçiləri və güləşçiləri ölkə yığmasına Avro-2024-də qələbə sevinci arzulayıblar

Ankara, 6 iyul, AZƏRTAC
Türkiyədə keçirilən məşhur Kırkpınar güləş yarışının iştirakçıları Almaniyada keçiriləcək Avro-2024 çempionatının 1/4 final matçında ölkənin futbol yığma komandasına qələbə sevinci arzulayıblar.
AZƏRTAC xəbər verir ki, Türkiyənin şimal-qərbində yerləşən Ədirnə vilayətində sayca 663-cü olan güləş yarışı üçüncü gündür davam edir. Şənbə günü yarış üçün meydançanın mərkəzinə toplaşan bir qrup pəhləvan üzərində “Türkiyə milli komandasına uğurlar arzulayırıq” yazılmış plakatı açaraq “boz qurd” jestini nümayiş etdirib.
Bu arada Türkiyə Milli Müdafiə Nazirliyi əllərində Türkiyə bayrağı və futbol üzrə milli komandanın formasını tutan hərbçilərlə video yayıb.
“Türkiyə ordusu Avro-2024 çərçivəsində Niderland millisi ilə oyunda türk futbolçularına uğurlar arzulayır. Sizin hər bir uğurunuz dağlarda, dənizlərdə, havada Türkiyənin keşiyində duran hərbçilərə sevinc bəxş edir. Yeni zəfərlərə birlikdə!”, - deyə videoçarxda deyilir.
Videoda “Türkiyə hava məkanının dəmir qanadları milli komandaya uğurlar arzulayır” yazısı olan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı üzərində olan kadr da yer alıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:39]
Fransa prezidenti Madaqaskar xalqından üzr istəmədi və şübhəli vəd verdi
- 25.04.2025 [18:20]
Makrona sərt cavab: Mayot Qəmər adalarınındır
- 25.04.2025 [17:37]
“Intel” kompaniyasının yeni baş direktoru “çətin qərarını” açıqlayıb
- 25.04.2025 [16:46]
Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
- 25.04.2025 [16:24]
Tramp: Nizamlanma prosesinin sonunda Krım Rusiyada qalacaq
- 25.04.2025 [16:19]
Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb
- 25.04.2025 [16:10]