Türkiyənin XİN başçısı İranda görüşlər keçirib
İstanbul, 31 iyul, Günel Karatepe, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Məlumata əsasən, Türkiyənin XİN başçısı İrana səfəri zamanı Türkmənistan Baş nazirinin müavini və xarici işlər naziri Rəşid Meredov və İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə ikitərəfli görülər keçirib.
Görüşlərdə regionda baş verən proseslər və ikitərəfli münasibətlər müzakirə edilib.