TÜRKİYƏNİN YENİ RABİTƏ PEYKİ FƏZAYA BURAXILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin yeni rabitə peyki - “Türksat-3A” Afrikada Fransa Qvineyasındakı Koyrou kosmodromundan fəzaya buraxılmışdır. Hava şəraiti ilə əlaqədar peykin buraxılması iki dəfə təxirə salınmışdı. “Türksat-3A” 25 “Boing” təyyarəsinin təkan gücünə bərabər olan güclə buraxılmışdır. Startdan 2 dəqiqə sonra sərf olunan yanacağın həcmi 500 tona çatmışdır.
Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım jurnalistlərə bildirmişdir ki, yeni peyk Çindən Afrikaya qədər olan böyük ərazidə televiziya kanalları, mobil telefon və internet operatorlarına xidmət göstərəcəkdir. “Türksat-3A” öz sələflərindən daha keyfiyyətli rabitə siqnallarının çatdırılmasını təmin edəcəkdir. Azərbaycanın televiziya kanalları da bu yeni peyk vasitəsilə dünyaya yayımlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]