Türkmənistan hepatit virusuna qarşı mübarizəyə dair ilk milli planın icrasına başlayıb
Bakı, 1 fevral, AZƏRTAC
Türkmənistanın hepatit virusuna qarşı mübarizəyə dair bütün yaş dövrlərində hər kəs üçün sağlam həyat tərzinin təminatı və firavanlığa kömək üzrə 3 nömrəli dayanıqlı inkişaf məqsədləri çərçivəsində ətraflı milli strateji planı təqdim edilib.
AZƏRTAC ORIENT informasiya agentliyinə istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı (DST) ilə birgə işlənib hazırlanmış strateji plan hepatit virusunun yayılmasının qarşısının alınmasına və onun ləğvinə istiqamətlənən əlaqələndirilmiş və hərtərəfli tədbirlərin daxil edildiyi yol xəritəsindən ibarətdir. Strateji plan DST-nin qlobal və regional siyasətinə, strateji sənədlərinə - DST-nin Avropa regionunda səhiyyə bölməsinin 2016-2021-ci illərdə hepatit virusu üzrə qlobal strategiyası və hepatit virusuna reaksiyasına dair fəaliyyət planı ilə tam uyğunlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]