TÜRKSOY-un baş katibinə yeni müavin təyin olunub
Ankara, 11 iyul, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Fırat Purtaşın səlahiyyət müddəti başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə TÜRKSOY-un mərkəzi qərargahında mərasim təşkil olunub. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Serdar Çam və başqaları Fırat Purtaşın səmərəli fəaliyyətindən bəhs edib, gələcək işlərində uğurlar arzulayıblar.
Səmimi sözlərə və arzulara görə minnətdarlığını ifadə edən Fırat Purtaş əminliklə bildirib ki, bundan sonra da TÜRKSOY-la əməkdaşlığı davam etdirəcək, kollektivlə ünsiyyətini kəsməyəcək.
Baş katib Düsen Kaseinov Qazaxıstanın “Xidmət” medalını Fırat Purtaşa təqdim etdikdən sonra, yeni müavin Bilal Çakıcı kollektivə təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]