TUVANIN ALİ ŞAMANI RUSİYA HÖKUMƏTİ SƏDRİNİN MÜAVİNİNDƏN ÜZRXAHLIQ TƏLƏB EDİR
Tuvanın ali və ömürlük şamanı Monquş Kenin-Lopsan nazirə dərhal məktub göndərərək, onun açıq üzr istəməsini tələb etmişdir. O, İvanovun sözlərini “şamanların təhqiri” kimi qiymətləndirərək, bildirmişdir ki, “nə Rusiya imperiyasının tarixində, nə də keçmiş SSRİ tarixində belə təhqirə yol verilmişdir”. Tuvanın ali şamanı vurğulamışdır ki, “bəşər tarixində şamanlar həmişə ən humanist dini istiqamətin nümayəndələri olmuşlar”.
Rusiya parlamentinin yuxarı palatasında Tuvanı təmsil edən senator Lyudmila Narusova şamanlara qahmar çıxmışdır. O, Sergey İvanovun sözlərini mədəniyyət və çoxəsrlik ənənələrinin şamanizm ilə qırılmaz surətdə bağlı olan ölkənin çoxsaylı xalqları üçün olduqca təhqiramiz adlandırmışdır.
Tuva şamanlarının özlərinin fikrincə isə, müdafiə nazirinin sözləri şamanizmə etiqad edilən bölgələrdə Danimarka qəzetlərində Məhəmməd Peyğəmbərə karikaturalar dərc olunduqdan sonra müsəlman ölkələrində baş vermiş iğtişaşlar kimi çox ciddi iğtişaşlara səbəb ola bilər.