Ucarda vətəndaşların daşınmaz əmlak sahəsində müraciətləri dinlənilib
Bakı, 16 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Ucarda Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinləri ilə görüşüb.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, görüşdə iştirak edənlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, sərhədlərinin dəqiqləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi, mülkiyyətçilərə onlara məxsus torpaqların naturada (yerində) tanıdılması, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılmasına və dürüstləşdirilmə işlərinin sürətləndirilməsinə dəstək göstərilməsi və digər məsələlər barədə müraciət ediblər.
Görüşdə qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlərin mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, qanunvericiliyin tələbləri izah olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
- 09.06.2026 [10:38]
Ağcabədi sakini zəhərlənərək həyatını itirib
- 09.06.2026 [10:06]
Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb
- 09.06.2026 [10:05]
Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO
- 09.06.2026 [08:51]
Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]