İQTİSADİYYAT
Üç ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 5 812 135 min dollar olub
Bakı, 25 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 5 812 135 min ABŞ dolları dəyərində olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadən bildirir ki, hesabat dövründə 3 383 686 min dollarlıq mal və məhsul ixrac, 2 428 448 min dollarlıq mal və məhsul isə idxal edilib. İxrac əməliyyatları ən çox İtaliya, Almaniya, Fransa, ABŞ, İsraillə aparılıb. İdxal əməliyyatları isə ən çox ABŞ, Rusiya, Türkiyə, Almaniya ilə həyata keçirilib.