UEFA Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu ikinci klub turnirinin dördüncü turu çərçivəsində keçirilən oyunların nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu adına Nikolas Pepe (Arsenal), Karlos Vinisius (Tottenhem), Kerem Demirbay (Bayer Leverkuzen) və Kodi Qakpo (PSV) iddialıdırlar.
Nikolas Pepe komandasının Norveçin “Molde” klubunu 3:0 hesabı ilə məğlub etdiyi görüşdə bir dəfə fərqlənib. K.Vinisius evdə Bolqarıstanın “Ludoqorets” komandasına 4:0 qalib gəldikləri matçda dubl edib. K.Qakpo Yunanıstanda PAOK-a 2:3 hesabı ilə uduzduqları qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. K.Demirbay isə İsrailin “Hapoel Beer-Şeva” komandasını 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə nəticəsində bəlli olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]