UEFA Avropa Liqası: “Qarabağ” komandası qrup mərhələsinin dördüncü turunda “Sivasspor”a uduzub
Bakı, 27 noyabr, AZƏRTAC
UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” - “Sivasspor” oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu görüşdə iki dəfə önə keçsə də, 3:2 hesabı ilə məğlub olub.
Oyunda hesabı 8-ci dəqiqədə ağdamlılar açıb. Abdulla Zubir qapıçı ilə təkbətək mübarizədə qalib ayrılıb. Görüşün 40-cı dəqiqəsində hakimin şübhəli qərarından sonra “Sivasspor” penalti vurmaq şansı qazanıb. Topa yaxınlaşan Aruna Kone dəqiq zərbə endirib.
Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Qarşılaşmanın ikinci hissəsinin 51-ci dəqiqəsində “Qarabağ” yenidən hesabda önə keçib. Ağdamlıların futbolçusu Uroş Matiş uzaqdan baxımlı qola imza atıb.
Qoldan yeddi dəqiqə sonra İstanbul təmsilçisi hesaba tarazlıq gətirib. Olarenvadju Kayode adını tabloya yazdırıb. Oyunda son nöqtəni “Sivasspor” görüşün 79-cu dəqiqəsində qoyub. Aruna Kone komandasının üçüncü, özünün ikinci qoluna imza atıb.
Beləliklə, bu məğlubiyyətdən sonra “Qarabağ” xalsız olaraq dördüncü qalır. Altı xalı olan “Sivasspor” isə üçüncü yerdə qərarlaşıb.
Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə Təl-Əviv "Makkabi"si ilə üz-üzə gəlib. Həmin qarşılaşmada qalib müəyyənləşməyib.
Növbəti turda “Qarabağ” öz meydanında “Makkabi”ni, “Sivasspor” isə “Vilyarreal” klubunu qəbul edəcək. Həmin görüşlər dekabrın 3-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [10:51]
Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq
- 10.06.2026 [02:32]
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib
- 10.06.2026 [00:39]
Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi
- 09.06.2026 [23:56]
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:30]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:28]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:26]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:22]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [22:13]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:51]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:50]
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
- 09.06.2026 [21:44]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:37]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [21:34]
Salyanda yol qəzası olub, xəsarət alanlar var
- 09.06.2026 [21:34]
Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
- 09.06.2026 [21:14]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [21:01]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [20:32]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:17]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [20:00]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:57]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:32]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:24]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [19:10]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [19:08]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [19:01]
Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər
- 09.06.2026 [18:55]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [18:42]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:40]