UEFA KUBOKU TURNİRİNDƏ “QALATASARAY” FRANSA KLUBU İLƏ QARŞILAŞACAQDIR
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA kuboku turnirinin on altıdabir və səkkizdəbir final mərhələlərinin püşkü atılmışdır.
Bu mərhələdə Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” Fransanın “Bordo” klubu ilə qarşılaşacaqdır.
İlk oyunu 2009-cu il fevralın 18 və ya 19-da Bordo şəhərində keçirəcək “Qalatasaray” cavab görüşündə rəqibini fevralın 26-da İstanbulda qəbul edəcəkdir.
Fransalı rəqibinə qalib gələcəyi halda “Qalatasaray” səkkizdəbir final mərhələsində “NEK” (Hollandiya) - “Hamburq” (Almaniya) cütlüyünün qalibi ilə görüşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]