UEFA-nın ayırdığı vəsait “Qarabağ”ın hesabına köçürülüb
Bakı, 2 noyabr, AZƏRTAC
UEFA Ağdamın “Qarabağ” futbol klubu üçün Avropa Liqasının qrup mərhələsində iştiraka və son 10 il ərzində göstərdiyi nəticələr ilə əlaqədar maliyyə vəsaiti ayırıb.
AZƏRTAC xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.
UEFA Azərbaycan çempionuna Avropa Liqasının qrup mərhələsində iştiraka görə 2 milyon 750 min, 10 illik nəticələrə əsasən isə 1 milyon 214 min 310 avro vəsait ödəyib.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının “I” qrupunda mübarizə aparır. Ağdam klubu ilk matçında Təl-Əvivdə İsrailin “Makkabi” komandasına 0:1 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ikinci turda İstanbulda İspaniya “Vilyarreal”ına məğlub olub - 1:3.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]